EN

Ruslar daha üç yaşayış məntəqəsini ələ keçirib

Reyting.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya ordusu əsas qüvvəsini hazırda Ukraynanın Pokrovsk sektorunda cəmləşdirsə də, Zaporojye bölgəsində də hücumlarını intensivləşdirib.Reyting.az-ın xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski özünün “Telegram” kanalında məlumat verib.Onun sözlərinə görə, hazırda rusların ən aktiv qüvvələri Pokrovsk istiqamətində döyüşür. Hazırkı mərhələdə döyüşlərin təxminən 40 faizi məhz bu sektorda baş verir və Rusiya ordusu burada ciddi itkilərlə üzləşir.Sırski qeyd edib ki, Ukrayna Müdafiə Qüvvələri aktiv müdafiə prinsipinə əsaslanaraq fəaliyyətini davam etdirir. Çətin şəraitə baxmayaraq, Ukrayna bölmələri əksər istiqamətlərdə düşmənin hücumlarının qarşısını alır və bəzi bölgələrdə, xüsusilə Kupyansk və Seversk ətrafında, axtarış-zərbə əməliyyatlarını davam etdirir.Aleksandr Sırski Baş Komandan əlavə edib ki, Rusiya qüvvələri Zaporojye bölgəsində də fəallığını artırıb:“Düşmən mövqelərimiz arasında, o cümlədən sıx duman və əlverişsiz hava şəraitindən istifadə edərək, irəliləməyə cəhd göstərir”.Sırski bildirib ki, Oleksandrivsk və Hulyai-Polye istiqamətlərində vəziyyət xeyli gərginləşib.Onun sözlərinə görə, düşmən qüvvə və vasitə baxımından üstünlüyündən istifadə edərək ağır döyüşlər zamanı irəliləyib və üç yaşayış məntəqəsini ələ keçirib.“Cənub Qüvvələr Qrupunun əsgərləri Rivnepilya və Yablokove uğrunda ağır döyüşlər aparır. Müvafiq dəstək tədbirləri görülür”, - deyə Sırski vurğulayıb.General əlavə edib ki, itirilən Ukrayna torpağının hər metri Rusiyaya yüzlərlə insanın həyatına başa gəlir. Onun sözlərinə görə, son üç gün ərzində təcavüzkar ölkə Cənub Qüvvələr Qrupu zonasında təxminən 800 hərbçi və yüzdən çox müxtəlif hərbi texnika itirib.“Ümumilikdə, biz uzunmənzilli silahlarımızın – “Neptun” və “Flamingo” raketlərinin, eləcə də reaktiv dronların effektivliyini artırırıq. Bu, düşmən üçün ciddi problemə çevrilir”, - deyə Aleksandr Sırski yekunlaşdırıb.Y. QACAR

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
17
1
reyting.az

2Sources