EN

Salyanda işıq olmayacaq

Bu gün Salyan rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Ölkə.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində magistral yol "Azərişıq" ASC-nin 35 kV-luq hava xətləri ilə kəsişir.

Bununla əlaqədar noyabrən 12-də saat 09:30-dan 13:30-dək Salyanın Qırxçıraq, Seydan, Parçaxalac, Pratman, Gəncəli, Həsənli, Bəşirabad, Şəkərli, Yenikənd, Kürsəngi, Abad, Xalac və Kolanı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Chosen
21
22
olke.az

10Sources