EN

Anar Bağırov medalla təltif olundu

Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov "Gürcüstan Vəkillər Kollegiyasının 20 illiyi" yubiley medalı ilə təltif edilib.

Bu barədə Publika.az-a qurumdan məlumat verilib.

Bildirilib ki, Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstan Vəkillər Kollegiyasının (GVK) dəvəti ilə GVK-nın 20 illik yubileyinə həsr edilmiş "Hüquqşünasların (Vəkillərin) Müdafiəsi haqqında Konvensiya – Hüququn aliliyinin qorunması üçün səmərəli vasitə" mövzusunda keçirilən beynəlxalq konfransda və digər yubiley tədbirlərində iştirak etmək üçün Tbilisi şəhərində rəsmi səfərdə olub.

Səfərdə VK-nın sədr müavini Pərviz Ələkbərov və Kollegiyanın Beynəlxalq Əməkdaşlıq əlaqələndiricisi Gözəl Hüseynzadə də iştirak ediblər.

Konfransda Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurası (CCBE), Asiya və Sakit Okean Hüquq Assosiasiyası (LAWASIA), Avropa Şurası, eləcə də dünyanın müxtəlif ölkələrinin Vəkillər kollegiyalarının, hüquq cəmiyyətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti təmsilçiləri iştirak ediblər.

Chosen
19
5
publika.az

10Sources