EN

"Haber Global": "C-130" təyyarəsinin qara qutusu Türkiyəyə gətiriləcək

Yazını böyüt
Yazını kiçilt

Azərbaycandan Türkiyəyə uçan və Gürcüstan sərhədi yaxınlığında qəzaya uğrayan "C-130 hərbi" yük təyyarəsinin qara qutusu Türkiyə tərəfindən araşdırılacaq və ABŞ-yə göndərilməyəcək.

Hafta.az "Haber Global"a istinadən xəbər verir ki, mütəxəssislər təyyarənin qara qutusunun bu gün ərzində tapılacağını proqnozlaşdırırlar.

Həmçinin bildirilib ki, hərbi təyyarələrdə iki qara qutu olur - biri pilotların danışıqlarını qeyd etmək, digəri isə qeyd sistemləri üçün istifadə olunur.

Qeyd edək ki, qəza nəticəsində 20 türk əsgəri həlak olub. Hadisə baş verəndən dərhal sonra bölgəyə axtarış-xilasetmə qrupları və texniki araşdırma qrupları göndərilib.

Chosen
7
2
hafta.az

3Sources