EN

Əl Şaraa: "Rusiyanın dəstəyinə ehtiyacımız var"

Hurriyyet.az xəbər verir ki, Suriyanın keçid dövrü hökumətinin Prezidenti Əhməd əl-Şaraa "The Washington Post" qəzetinə verdiyi müsahibədə deyib: "Biz 10 il Rusiya ilə döyüşdük, amma indi onun dəstəyinə ehtiyacımız var".

Əl Şaraa ölkəsinin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi Rusiyanın dəstəyinə ümid etdiyini bildirib.

Suriya Prezidenti deyib: ""Biz 10 il Rusiya ilə döyüşdük və bu, ağır və çətin bir müharibə idi. Lakin bizə Rusiya lazımdır, çünki o, Təhlükəsizlik Şurasının daimi üzvüdür. Bizim üçün bir sıra məsələlərdə onun bizi dəstəkləyən səsinin eşidilməsi vacibdir, çünki bizim Moskva ilə strateji maraqlarımız var". O, Suriya sülh prosesində "alternativ ssenarilərdən" uzaq olmaq üçün Dəməşqin Rusiya ilə konstruktiv münasibətlərin saxlanmasının zəruriliyini qəbul etdiyini qeyd edib.

Hürr Tərcüman

Chosen
18
hurriyyet.az

1Sources