EN

Azərbaycan klubları reytinqdə irəlilədi

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

"Yeni Sabah" xəbər verir ki, cədvəldə 502 klub yer alıb. Onların arasında 4 Azərbaycan təmsilçisi var.

Klublarımızdan ilk 100-lüyə düşən yalnız "Qarabağ"dır. Aktivində 192.25 xal olan Ağdam təmsilçisi 17 pillə irəliləyib. "Qarabağ" 82-ci pillədən 65-ci yerə qalxıb.

"Sabah" (83.5) 296-cı yerdən 276-ya, "Zirə" (66.75) 407-dən 387-yə, "Araz-Naxçıvan" (66.5) 391-dən 390-a yüksəlib.

Siyahıya 567 xalla PSJ (Fransa) liderlik edir. Madrid "Real"ı 511 xalla 2-ci, "Çelsi" (İngiltərə) 484 xalla 3-cüdür.


Telegram kanalımız
Chosen
17
6
yenisabah.az

7Sources