EN

Bakıda poliklinikanın həyətində torpaq sürüşməsi - VİDEO

Xətai rayonu Əhmədli qəsəbəsində torpaq sürüşməsi baş verib.
 
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Vunq Tau küçəsində yerləşən 9 saylı Uşaq Poliklinikasının həyətində qeydə alınıb.
 
Sürüşmə nəticəsində torpaq qatı poliklinikanın həyətindəki maşının üstünə düşüb.
 
İlkin ehtimala görə, hadisəyə gecə saatlarında ərazidə yaşıllıqların həddindən artıq suvarılması səbəb olub.

Chosen
8
20
moderator.az

10Sources