EN

Bu türk ölkəsini Rusiyaya qarşı qoymağa çalışırlar

ain.az, Axar.az portalına istinadən məlumat verir.

Postsovet məkanındakı vəziyyət bu gün Rusiyanın milli təhlükəsizliyinə birbaşa təsir edən əsas amillərdən biridir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq İqor Korotçenko deyib.

“Bizə mehriban qonşuluq kəməri lazımdır. Bu baxımdan Qazaxıstan Rusiya üçün əsas ölkələrdən biridir. Əlbəttə ki, rəhbərlik səviyyəsində diplomatiya son dərəcə vacibdir. Amma ekspert diplomatiyası da az əhəmiyyət kəsb etmir və bizim bununla bağlı müəyyən problemlərimiz var. Nüfuzlu qeyri-regional oyunçular – Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, eləcə də AB və AK kimi strukturlar Rusiya və Qazaxıstanı bir-birinə qarşı qoymaq üçün çalışır. Rusiya və Qazaxıstanın “beyin mərkəzləri” arasında qarşılıqlı fəaliyyət mənfi tendensiyaların qarşısının alınması üçün bir fürsətdir”, - o bildirib.

Qeyd edək ki, ötən gün Qazaxıstan Prezidenti Tokayev Rusiyaya ikigünlük dövlət səfərinə gedib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
67
axar.az

1Sources