EN

Göyçaydakı “qara nar” hər kəsi təəccübləndirdi

Göyçayda sakinlərdən biri sosial şəbəkədə paylaşdığı videoda qeyri-adi bir nar növünü nümayiş etdirib.

Milli.Az xəbər verir ki, həmin kadrlarda meyvənin qabığının tamamilə qara, içinin isə ağ rəngdə olduğu aydın görünür.

Sakinlərin sözlərin görə, bu cür nar Azərbaycan bazarlarında satılmır, əsasən Rusiya bazarlarına ixrac olunur. Mütəxəssislərin fikrincə, qara nar yalnız xüsusi torpaq və iqlim şəraitində yetişir və onun tərkibindəki antioksidantlar adi nardan dəfələrlə çoxdur.

Sosial media istifadəçiləri bu meyvəyə "möcüzə nar" adı verərək, ona böyük maraq göstəriblər.

Aysel Əkbər
Milli.Az 

Chosen
27
4
milli.az

5Sources