EN

Ermənistanda keşişlər istintaqa cəlb olunub

Natan Ovanisyan və keçmiş keşiş Aqan Erncakyanın səs yazısı cinayət işinə səbəb olub...

Poliqon xəbər verir ki, Ermənistanda arxiyepiskop Natan Ovanisyan və keçmiş keşiş Aqan Erncakyan arasında yayılan telefon danışığı ilə bağlı başlanmış cinayət işi çərçivəsində bir neçə din xadimi istintaqa çağırılıb. Onların dindirilməsi barədə məlumatı vəkil Ara Zohrabyan yerli mediaya açıqlayıb.

Zohrabyan bildirib ki, cinayət işi arxiyepiskop Natan Ovanisyanın sözügedən telefon danışığının məzmunu ilə bağlıdır. Ruhani şəxslər hazırda şahid qismində dindirilir. Dəqiq sayı açıqlaya bilmərəm, amma səkkiz nəfərdən çoxdurlar.

Məlumata görə, Ermənistanın İstintaq Komitəsi din xadimlərini təkcə bu gün deyil, sabah da ifadə verməyə çağırıb.

Yayılan səs yazısında, ehtimal olunur ki, 2023-cü ilin oktyabrında baş tutmuş söhbət zamanı keçmiş keşiş Aqan Erncakyan arxiyepiskop Ovanisyana şikayət edərək bildirib ki, katolikos (Erməni Apostol Kilsəsinin rəhbəri) onu və anasını baş nazir Nikol Paşinyana qarşı keçirilən aksiyalarda iştirak etməyə çağırıb.

Hadisədən sonra Baş prokurorluq yoxlama başladıb, ardınca isə İstintaq Komitəsi Ermənistan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi (“Vəzifə səlahiyyətlərindən və ya xidməti nüfuzdan istifadə etməklə toplantının keçirilməsinə və ya iştirakına mane olma, yaxud iştirakdan imtinaya və ya iştirak etməyə maddi təşviq göstərmə”) üzrə cinayət işi qaldırıb.

İstintaqın məqsədi kilsə rəhbərliyinin siyasi proseslərə təsir göstərib-göstərmədiyini və ruhani şəxslərin bu proseslərdə hansı rolu oynadığını müəyyənləşdirməkdir. Yerli müşahidəçilər bu işi dövlət və kilsə münasibətlərində yeni gərginlik dalğasının göstəricisi kimi qiymətləndirirlər.

Poliqon.info

Chosen
71
poliqon.info

1Sources