EN

Konstitusiya xalqımızın milli mənafeyinə xidmət edir - Deputat

1918-1920-ci illərdə cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanın ilk Konstitusiyası Cümhuriyyətin süqutundan və respublikamızın bolşevik Rusiyası tərəfindən işğalından sonra, 1921-ci ildə qəbul olunub.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib, "Bundan sonra Sovet İttifaqının dağılmasına qədər daha iki dəfə-1925-ci və 1978-ci illərdə SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyada Azərbaycan Konstitusiyası qəbul olunub: "Təbii ki, bu konstitusiyalar məhz SSRİ Konstitusiyasına uyğunlaşdırılmış olduqlarına görə Azərbaycan xalqının milli mənafeylərinə xidmət etmirdi. Bununla belə, 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etmiş Ulu Öndər Heydər Əliyev hələ o dövrdə ana dilimizə dövlət dili statusu verilməsi faktının Konstitusiyada təsbit edilməsinə nail olmuşdu. Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddə aşağıdakı redaksiyada verilmişdi: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir”. Bununla Ulu Öndər illər sonra yenidən bərpa olunacaq müstəqilliyimizin əldə olunmasında və qorunub saxlanmasında əsas rol oynamış milli azərbaycançılıq ideologiyasının formalaşdırılması istiqamətində ən önəmli addımlarından birini atmış oldu". K.Qafarov müstəqil Azərbaycanın 1995-ci ildə qəbul olunmuş ilk Konstitusiyasının hazırlanmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolunu xüsusi vurğlayıb:

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biri müstəqil dövlətin yeni Konstitusiyasının hazırlanması oldu. 1995-ci il noyabrın 12-də keçirilmiş referendumun nəticələrinə əsasən dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Konstitusiyada dövlətin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, cəmiyyətin demokratikləşdirilməsinə və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, bazar iqtisadiyyatına xas olan münasibətlərin formalaşmasını təmin etmək və s. bu kimi nailiyyətlər təsbit olunmuşdur. Bu tarixi hadisənin- müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının müstəsna əhəmiyyəti nəzərə alınaraq Ulu Öndər Heydər Əliyevin 1996-cı il 1 noyabr tarixli Fərmanına əsasən Azərbaycanda noyabrın 12-si Konstitusiya Günü elan edilib. Yeni reallıqların tələblərinə cavab verə bilmək və əldə olunmuş uğurların möhkəmləndirilmək məqsədilə Azərbaycan Konstitusiyasında bir neçə dəfə- 2002-ci, 2009-cu və 2016-cı illərdə dəyişikliklər edilib və əlavələr olunub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə edilmiş əlavələr və dəyişikliklər müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına xidmət edir”.

Chosen
19
15
buta.tv

10Sources