Milli.az saytına istinadən ain.az xəbər verir.
Gürcüstan sərhədində qəzaya uğrayan hərbi yük təyyarəsində şəhid olan kiçik zabitlər İlker Aykut və Berkay Karacanın ailələrinə acı xəbər çatdırılıb.
Milli.Az xəbər verir ki, təyyarə texniki qərargah çavuşu İlker Aykut uçuşdan əvvəl atasına zəng edərək "Ata, qayıdırıq, tarlaları əkmisən?" deyib. Onun ailəsi ilə son telefon danışığı belə olub.
Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış... - FOTO
Qəzada 20 hərbçinin öldüyü təsdiqləndi - FOTO
Qəza xəbəri ailəsinə Tekirdağda verilib, anası Zülbiyyə Aykut xəbərdən sonra xəstəxanaya aparılıb.
Şəhid Berkay Karacanın Kırklarelidəki evinə isə Türkiyə bayrağı asılıb və başsağlığı çadırı qurulub.
Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsində olan ekipajın bütün üzvləri həlak olub.
Fidan
Milli.Az

.png)
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.