Bakı. Trend:
Venesuela hökuməti ABŞ silahlı qüvvələrinin Karib dənizinə daxilolmasına cavab olaraq ölkədə kütləvi səfərbərlik elan edib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez bu addımı“ABŞ-dən qanynaqlanan imperialistik təhdidə” cavab kimi xarakterizəedib.
Lopez eyni zamanda hərbi təlimlərə başlanıldığını elan edib.Manevrlərdə Bolivarian milisi – mülkilərdən ibarət ehtiyat qüvvələrdə iştirak edəcək.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin ən iri gəmisi "USS GeraldR. Ford" Latın Amerikasının sularına daxil olub. “The Guardian”nəşri bunu ABŞ-Venesuela qarşıdurmasının yeni mərhələsininbaşlanğıcı kimi qələmə verib.