EN

Sumqayıtda 600 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
 
Moderator.az xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, mövcud qaz sayğaclarının yeni xətt üzərinə köçürülməsi ilə əlaqədar noyabrın 12-də saat 12:00-dan etibarən Sumqayıt şəhərinin Corat qəsəbəsindəki "dörd yol" adlanan ərazidə 600 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.
 
Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.
 
Chosen
16
24
moderator.az

10Sources