EN

Dumanlı hava bu tarixədək davam edəcək - XƏBƏRDARLIQ


Hazırda ölkə ərazisində dumanlı hava şəraiti müşahidə olunur. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 12-si saat 8:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, gündüz saatlarında temperaturun yüksək olması, gecə saatlarında isə yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsi dumanın əmələ gəlməsinə səbəb olub.

Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naftalan, Şəmkir, Gəncə, Balakən, Qusar, Şamaxı, Qobustan, Bərdə, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Yevlax, Tərtər, Mingəçevir, Biləsuvar və Ağdamda duman müşahidə olunur. Görünüş məsafəsi 50-200 metrədək məhdudlaşır. Ölkə ərazisində müşahidə olunan dumanlı hava şəraitinin noyabrın 15-dək fasilələrlə davam edəcəyi gözlənilir.

Mətləb

Chosen
12
28
baki-xeber.com

10Sources