EN

Kütləvi səfərbərlik elan edildi Bu ÖLKƏDƏ

Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Venesuela hökuməti ölkənin Silahlı Qüvvələrində kütləvi səfərbərliyin elan edildiyini açıqlayıb. 

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Venesuelanın Müdafiə Naziri Vladimir Padrino Lopes bildirib ki, bu addım ABŞ-dan gələn "imperialist təhlükəyə" qarşı reaksiya kimi atılıb. Eyni zamanda, müdafiə nazirliyi Bolivariya milisinin vətəndaşlardan ibarət ehtiyat qüvvələrinin iştirak edəcəyi hərbi təlimlərin başladığını da açıqlayıb.

Qeyd edək ki, ABŞ-ın ən iri təyyarədaşıyan gəmisi USS Gerald R. Ford Cənubi Komandanlığın məsuliyyət zonasında yerləşərək, ABŞ Hərbi Dəniz Qüvvələrinin səkkiz digər gəmisinə qoşulub. Pentaqon isə bildirib ki, təyyarədaşıyan və onun döyüş qrupu regiona narkotiklərlə mübarizə əməliyyatlarını dəstəkləmək məqsədilə göndərilib.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
2
redaktor.az

3Sources