Bakıda 19 gün öncə hamamda yıxılaraq xəsarət alan 86 yaşlı qadın xəstəxanada ölüb.

Leqal.info xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Oktyabrın 31-də 1939-cu il təvəllüdlü Sevil Hüseynova yaşadığı Hidayətzadə küçəsindəki evində hamamda yıxılaraq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib. O, ötən gün orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info