EN

Bu şəhərdə 600 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərində 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

BAKU.WS "Azəriqaz" İB Sumqayıt QİS-dən xəbər verir ki, mövcud qaz sayğaclarının yeni xətt üzərinə köçürülməsi ilə əlaqədar noyabrın 12-də saat 12:00-dan etibarən Sumqayıt şəhərinin Corat qəsəbəsindəki "dörd yol" adlanan ərazidə 600 abonentin qaz təchizatında müvəqqəti fasilə olacaq.

Qazın verilişi işlər başa çatdıqdan sonra bərpa ediləcək.

Chosen
18
24
far.az

10Sources