EN

Tramp BBC-ni məhkəməyə verir

ABŞ prezidenti Donald Tramp BBC-ni ictimaiyyəti aldatmaqda ittiham edib və onun hüquq komandası kanala bir milyard dollarlıq məhkəmə iddiası ilə hədə məktubu göndərib.

Milli.Az xəbər verir ki, məktubda BBC-dən 14 noyabra qədər sənədli filmi geri çəkməsi və üzr istəməsi tələb olunub.

Qeyd edək ki, Trampın 2021-ci ildə Konqres hadisələri ilə bağlı sözlərinin təhrif edildiyi iddialarından sonra BBC-nin baş direktoru Tim Davie və BBC News-un rəhbəri Deborah Turness istefa veriblər. BBC-nin sədri Samir Şah isə sənədli filmdəki "səhv qərara" görə üzr istəyib.

Fidan
Milli.Az

Chosen
30
1
milli.az

2Sources