Türkiyənin Aydın vilayətinin Efeler rayonunda 20 yaşlı "Adnan Menderes Universiteti" tələbəsi Melisa Şengül dostunun evində ölü tapılıb.
Musavat.com xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Məlumata görə, Melisa Şengül dostları ilə birlikdə vaxt keçirmək üçün onların evinə gedib. Gənc qız bir müddət sonra yatağa uzanıb və yuxuya gedib. Lakin bir müddət keçdikdən sonra dostları onu oyatmaq istəsələr də, cavab ala bilməyiblər. Onlar dərhal təcili yardıma müraciət ediblər.
Hadisə yerinə gələn təcili yardım əməkdaşları Melisa Şengülün həyatını itirdiyini müəyyən ediblər. Polis və prokurorluq əməkdaşlarının iştirakı ilə mənzildə araşdırma aparılıb.
Gənc tələbənin cəsədi xəstəxananın morquna aparılıb və ölümün dəqiq səbəbi meyit müayinəsindən sonra müəyyən ediləcək.
Evdə olan A.Ş. və K.E. ifadə vermək üçün polis bölməsinə aparılıblar.
Hadisə ilə bağlı istintaq davam etdirilir.
Musavat.com
