"Rusiya Türkiyədə Ukrayna ilə İstanbul danışıqlarına istənilən vaxt hazırdır, lakin Kiyev əvvəlki təşəbbüslərə cavab verməyib".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Rusiyanın Türkiyədəki müvəqqəti işlər vəkili Aleksey İvanov deyib.
“O cümlədən bizim türkiyəli tərəfdaşlarımız da daim vurğulayırlar ki, İstanbul platforması bizim üçün açıq qalır”, - o qeyd edib.
Aleksey İvanovun sözlərinə görə, Moskva Ukrayna tərəfindən siyasi iradə nümayiş etdirilməsini gözləyir.
Bundan əvvəl Kreml Ukrayna üzrə danışıqlarda yaranmış fasiləyə münasibət bildirmişdi.
Qeyd edək ki, oktyabrın 20-də Avropa İttifaqı rəsmiləri Moskva və Kiyev arasında danışıqların təşkilinə çağırış etmişdilər.