EN

Naxçıvanda bəzi dövlət qurumları LƏĞV EDİLDİ

Ajans.az xəbər verir ki, nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub. Yeni sərəncama əsasən, nazirliyin regional mədəniyyət idarələri yaradılıb. Bundan sonra nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq.

Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək və Şahbuz Rayon Mədəniyyət şöbələrinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur Rayon Mədəniyyət İdarəsi, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin və Sədərək Rayon Mədəniyyət Şöbəsinin əsasında Şərur Regional Mədəniyyət İdarəsi, Ordubad Rayon Mədəniyyət İdarəsi və Culfa Rayon Mədəniyyət Şöbəsinin əsasında isə Culfa Regional Mədəniyyət İdarəsi yaradılıb.

Chosen
17
23
Ajans.az

10Sources