EN

Xarab olan maşını işə salmaq üçün öz bədənindən istifadə etdi, alınmadı VİDEO

Avtosfer saytına istinadən ain.az xəbər verir.

Akkumulyator kabelləri olmadığından, kişi öz bədənini kabel kimi istifadə edərək avtomobilini işə salıb. Hadisə xarici ölkələrdən birində baş verib və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Avtosfer.az xəbər verir ki, görüntülərdə avtomobilinin akkumulyatoru boşalan şəxs kömək üçün ikinci bir avtomobildən enerji almağa çalışır. Lakin onun yanında akkumulyator birləşdirmə kabelləri olmadığından, o, inanılmaz və təhlükəli bir üsula əl atır – iki avtomobilin akkumulyatorlarını öz bədəni vasitəsilə birləşdirərək mühərriki işə salmağa cəhd edir.

Kadrlarda kişinin bir əli ilə işlək vəziyyətdə olan avtomobilin akkumulyatoruna, digər əli ilə isə enerji çatdırmaq istədiyi avtomobilin akkumulyatoruna toxunduğu görünür. Qısa müddət sonra avtomobilin mühərriki işə düşür. Bu an ətrafdakı insanlar heyrət içində qalır.

Mütəxəssislər isə bildirirlər ki, bu cür davranış son dərəcə təhlükəlidir və insan həyatı üçün ciddi risk yaradır. Elektrik cərəyanı birbaşa bədən vasitəsilə keçdiyi halda ürək dayanması, yanıq və ya digər ağır fəsadlar baş verə bilər.

Mütəxəssislərin sözlərinə görə, belə hallarda heç bir halda insan bədəni “kabel” kimi istifadə edilməməlidir. Bunun əvəzinə akkumulyator üçün nəzərdə tutulan xüsusi takviye kabellərindən istifadə edilməli, əgər bu mümkün deyilsə, texniki yardım çağırmaq ən doğru addım sayılır.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
35
avtosfer.az

1Sources