EN

Rəvan Həsənov: İdeoloji təhlükəsizliyimizi qorumaq və Azərbaycan dəyərlərini yaşatmaq bizi böyük qələbələrə aparır

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 12 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev çıxışlarında həmişə vurğulayır ki, Qələbəmizin arxasında duran əsas ideyalardan biri xalqların və dini icmaların birliyi olub. Azərbaycanda yaşayan bütün xalqlar, bütün dini icmalar bir yumruq kimi birləşərək, milli kimlikdən, etnik mənsubiyyətdən və dini inanclardan asılı olmayaraq Qarabağın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarını fəda ediblər.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İcraçı direktoru Rəvan Həsənov söyləyib.

O bildirib ki, “Biz birlikdə güclüyük” mövzusunda keçirilən konfrans da məhz bu birliyi vurğulayır. Bu konfransda bütün xalqlar və icmalar təmsil olunub və bir daha göstərilir ki, milli birliyimiz və həmrəyliyimiz bizim ən böyük güc mənbəyimizdir. Vətən müharibəsindəki Qələbəmiz yalnız torpaqların azad olunması deyil, həm də ideya ətrafında birləşərək bir liderin arxasında möhkəm dayanmağın praktik nümunəsi oldu.

“Qarabağ münaqişəsi başa çatıb, torpaqlarımız işğaldan azad edilib. Lakin Azərbaycanın haqq uğrunda mübarizəsi hələ də davam edir, həm siyasi müstəvidə, həm informasiya müharibəsində. Bu mübarizənin əsas vasitələrindən biri multikulturalizm siyasətinin dövlət səviyyəsində təşviqidir. Çünki tolerantlıq, birgəyaşayış və qarşılıqlı hörmət dəyərləri Azərbaycanda tarixi ənənəyə malikdir, bu gün də mövcuddur və gələcəkdə də qorunacaq", - deyə R.Həsənov vurğulayıb.

İcraçı direktor əlavə edib ki, ordumuzun gücü, iqtisadiyyatımızın dayanıqlılığı çox önəmlidir. Lakin ən vacib olan ideoloji möhkəmliyimiz, ideoloji təhlükəsizliyimiz və bizi azərbaycanlı edən dəyərlər sistemini qoruyub saxlamaqdır. Bu dəyərlər sistemi məhz bizi böyük qələbələrə aparır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
1
azertag.az

2Sources