EN

Günəbaxan tarlasında FACİƏ: 14 yaşlı qız HƏLAK OLDU

Türkiyənin Ağrı vilayətinin Aşkale kəndində günəbaxan yığımı zamanı dəhşətli qəza baş verib.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində 14 yaşlı Nursefa Samur həyatını itirib.

Məlumata görə, kənd təsərrüfatı işləri ilə məşğul olan ailəsi ilə birlikdə günəbaxan yığımına gedən gənc qız, traktora qoşulmuş kombaynın altında qalaraq faciəvi şəkildə həlak olub.

Hadisəni görən digər işçilər dərhal təcili yardıma məlumat veriblər. Qısa müddət sonra tibb və jandarma qrupları hadisə yerinə cəlb olunub. Lakin tibbi müdaxilələrə baxmayaraq, Nursefa Samurun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerində aparılan ilkin araşdırmadan sonra gənc qızın cəsədi eskpertiza üçün Ağrı Təlim və Araşdırma Dövlət Xəstəxanasının morquna aparılıb.

Qəzayla bağlı istintaq başladılıb.

Musavat.com

Ayçiçeği

Chosen
13
musavat.com

1Sources