EN

QHT-lərə daha da çox vəsait ayrılmalıdır - Komitə sədri

“Qeyri-hökumət təşkilatları üçün 10,4 milyon manat ayrılıb. Bu, ötən illə müqayisədə 2,6 milyon manat və ya 32% çoxdur. Lakin bu sahəyə daha da çox vəsait ayrılmalıdır. QHT-lərin sosial yönümlü fəaliyyətini dəstəkləmək dövlətin sosial yükünü azaltmaq deməkdir”.

Modern.az xəbər verir ki, bunu İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bir neçə komitəsinin ortaq iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Fazil Mustafa bildirib ki, Azərbaycanda bələdiyyələrin sosial layihə həyata keçirmək imkanları məhduddur. Bu boşluğu QHT-lər vasitəsilə doldurmaq mümkündür. Bu təşkilatlar ideoloji, sosial və humanitar sahələrdə dövlətə real dəstək verə bilərlər:

“Ona görə də bu istiqamətdə fəal QHT-lərin imkanları genişləndirilməli, onların əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına töhfə verməsi təmin olunmalıdır. Xüsusilə də yaşlı əhalinin qayğısına qalmaq baxımından bu vacibdir”.

Chosen
11
modern.az

1Sources