EN

Netanyahunun müttəfiqi istefa verdi: Ailəmə söz vermişəm

İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın müttəfiqi olan strateji işlər naziri Ron Dermer istefa verib.

Publika.az yerli mediaya istinadən xəbər verir ki, Dermer istefa ərizəsində 2022-ci ilin dekabrında hökumətə daxil olduqdan sonra ailəsinə nazir vəzifəsində cəmi iki il çalışacağına söz verdiyini bildirib.

O qeyd edib ki, bu müddət ərzində ailəsinin razılığı ilə səlahiyyət müddətini iki dəfə uzadıb: "Birinci dəfə məqsəd İranın nüvə hərbi qabiliyyətinin yaratdığı mövcudluq təhlükəsini aradan qaldırmaq üçün sizinlə işləmək, ikincidə isə İsrailin şərtləri ilə Qəzzadakı müharibəyə son qoymaq və əsirlərimizi evə qaytarmaq idi".

Dermer Netanyahuya ona xidmət etmək imkanı verdiyi üçün təşəkkür edib.

Chosen
31
publika.az

1Sources