EN

Dərzi sexində azyaşlı qıza zorakılıq edən oğlanın cəzası 16 ildən 4 ilə endirildi TƏFƏRRÜAT

Moderator.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Masallı rayonunda 23 yaşlı oğlan dərzi sexində yetkinlik yaşına çatmayan qıza təcavüz etməkdə təqsirli bilinib.

Moderator.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə 31 oktyabr 2023-cü ildə baş verib.

2002-ci il təvəllüdlü Şirvan dərzi köməkçisi işlədiyi sexdə olarkən anasına məxsus şalvarı götürməyə gəlmiş 2014-cü il təvəllüdlü Telli (adlar şərti verilib – red.) ilə tək qalmasından istifadə edərək paltardəyişmə otağına gedib. Azyaşlı qızı otağa, anasına məxsus şalvarı seçmək bəhanəsi ilə çağırıb və ona zor tətbiq edib.

Qıza müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, seksual xarakterli zorakılıq hərəkətləri edib.

İstintaq orqanı tərəfindən Şirvanın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan olunub.

Şirvan ittiham üzrə özünü özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, bir neçə ildir Masallı şəhəri H.Əliyev prospektində dərzi köməkçisi işləyir: “Tellini və onun anasını tanıyıram. Əvvəllər işlədiyim dərzi dükanına gələrək paltarlarını düzəltdiriblər. Telli anasına məxsus şalvarı dərzi dükana gətirdi, onun rəngləməsini istədi. Ona şalvarın oktyabr ayının sonunda hazır olacağını dedim. Telli dükandan getdi, amma mən şalvarı boyanağı unutdum”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, oktyabrın 31-də saat 12-13 radələrində Telli yenidən dərzi dükanına gəlib: “Dükanda şalvarını düzəltdirməyə gəlmiş bir nəfər də vardı. Ona 10 dəqiqə sonra şalvarını apara biləcəyini dedim. Bu vaxt Telli də anasının şalvarını götürüməyə gəldiyini söylədi.

Dükanın içərisində paltar dəyişmək üçün istifadə olunan otağa keçib şalvarı axtardım. Telli də arxamca gəldi. Mən şalvarın hazır olmadığını görüb nəsə söyüş söydüm. Telli əsəbi olduğumu və söyüş söydüyümü görüb ağlaya-ağlaya getdi. Bir neçə dəqiqə sonra anası bir nəfərlə dərzi dükanına gəldi.

Onların yanında olan şəxs dükana daxil olaraq məni söydü və döyməyə başladı. Ardınca polis əməkdaşları gələrək məni Masallı Rayon Polis Şöbəsinə apardılar”.

İş üzrə zərərçəkmiş Tellinin sözlərinə görə, evləri dərzi sexinin yaxınlığındadır: “Bir neçə dəfə həmin sexdə olmuşam. Oktyabrın 31-də saat 12 radələrində məktəbdən çıxaraq yaşadığım evə gəldim. Anam bir neçə gün əvvəl boyamaq üçün dərzi sexinə verilmiş şalvarını götürməyimi istədi. Paltarımı dəyişib dərzi sexinə getdim.

Sexdə adını sonradan bildiyim Şirvan tikiş maşının arxasındakı stulda əyləşmişdi. Ona anamın boyamaq üçün verdiyi şalvarı götürməyə gəldiyimi dedim. Şirvan dükanın içərisində olan əlavə otağa keçdi. Mən isə onu gözləməyə başladım. Təxminən bir dəqiqə sonra Şirvan “qızım, buraya gəl” deyib məni yanına çağırdı”.

Zərərçəkmiş şəxs qeyd edib ki, Şirvanın olduğu kiçik otağın qapısından baxanda onun çılpaq vəziyyətdə görüb: “Hansı səbəbdən belə etdiyini başa düşmədim, bir qədər geriyə çəkildim. O, şalvarlardan hansının anama məxsus olduğunu soruşdu və ona yaxınlaşmağımı istədi. Şalvarlara dəqiq baxmaq üçün qapıdan içəriyə girdim, bir qədər ona yaxınlaşdım, sağ əlindəki şalvarın anama məxsus olduğunu dedim. O, əlindəki şalvarları divarda olan asılqana asdı və sağ əli ilə cəld şəkildə bilək nahiyəmdən tutdu.

Onun əlindən çıxaraq həyəcanlı şəkildə dükandan çıxıb yaşadığım binaya getdim”.

Zərərçəkmiş bildirib ki, həmin vaxt evdən çıxmağa hazırlaşan anasını görüb: "Ağlayaraq dərzi dükanında Şirvanın mənə qarşı əxlaqsız hərəkətlər etməyə çalışdığını bildirdim. Anam mənimlə birlikdə dərhal evdən çıxaraq aşağıya endi. Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə zəng etdi.

Orada olan adını sonradan bildiyim Elvin ağladığımı görərək bizə yaxınlaşdı. Anam ona baş vermiş hadisəni danışdı. Elvin dərzi sexinə daxil olaraq Şirvana iradını bildirdi. Təqsirləndirilən şəxsdən şikayətçiyəm”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şirvan 16 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bu şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb,Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Şirvanın əməli Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilib. O, həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi qərara alınıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
6
2
moderator.az

3Sources