EN

Prezidenti İlham Əliyev: Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı Konstitusiyanın da dövrün çağırışlarına uyğunlaşdırılmasını zəruri edib

Bakı. Trend:

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı, regionun qabaqcıldövləti kimi layiqli yer tutması və cəmiyyətdə baş verənictimai-siyasi proseslər Konstitusiyanın da dövrün çağırışlarınauyğunlaşdırılmasını zəruri edib.

Trend xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlhamƏliyevin “Konstitusiya və qanunun aliliyi müasir hüquqisistemlərdə” mövzusunda təşkil olunan beynəlxalq konfransıniştirakçılarına müraciətində yer alıb.

Ölkə Prezidenti bildirib ki, bu məqsədlə müxtəlif illərdəKonstitusiyaya edilən əlavə və dəyişikliklər insan hüquq vəazadlıqlarının təminatı mexanizmlərinin gücləndirilməsi, vətəndaşcəmiyyətinin əsaslarının dərinləşdirilməsi və dövlət idarəetməsinintəkmilləşdirilməsi yönündə bir çox əhəmiyyətli məsələləri ehtivaedib.

Chosen
32
az.trend.az

1Sources