EN

G7 ölkələrinin xarici işlər nazirləri görüşəcəklər

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

G7 xarici işlər nazirləri qlobal məsələləri müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə Kanadanın ev sahibliyi ilə bir araya gəlirlər.

"Cebheinfo.az" xəbər verir ki, Kanada hökumətinin açıqlamasına görə, sammit Kanada, ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Avropa İttifaqından (Aİ) nümayəndələri bir araya gətirir.

Ontario əyalətinin Niagara bölgəsində iki gün davam edəcək sammit qlobal məsələlərin müzakirəsi və ölkələr arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə təşkil olunur.Kanadanın xarici işlər naziri Anita Anand jurnalistlərə açıqlamasında bu axşam işçi yeməyi çərçivəsində toplanacaqlarını bildirib.

Anand Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin irəlilədilməsi, Hind-Sakit okean regionunda təhlükəsizliyin dəstəklənməsi kimi mövzuları müzakirə edəcəklərini, həmçinin Haitidə və Sudandakı təcili böhranlara cavab verilməsi kimi vacib prioritetlər barədə faydalı fikir mübadiləsi aparacaqlarını qeyd edib.

Nigar Hacılı 

"Cebheinfo.az"

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
cebheinfo.az

2Sources