EN

Milli Məclisin deputatı Anar Məmmədov şəhid ailəsini ziyarət edib

ain.az, Ses qazeti portalına istinadən məlumat yayır.

Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonunun Səhləbad kəndində birinci Qarabağ müharibəsi şəhidi Rəhman Almuradovun qardaşı, kənd ağsaqqalı İman Almuradovu 80 illik yubileyi münasibəti ilə təbrik edib, ona səmimi arzularını çatdırıb, qayğıları ilə maraqlanıb.

Görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, YAP İdarə Heyətinin üzvü, Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, hüquq-mühafizə orqanlarının rəhbərləri və kənd sakinləri iştirak edib.

Şəhid qardaşı onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnnətdarlığını ifadə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
10
sesqazeti.az

1Sources