EN

AzTV-nin müxbiri təyyarənin qəzaya düşdüyü ərazidə yaralandı - Foto » AzadMedia.az


Azərbaycan Dövlət Televiziyasının (AzTV) Gürcüstan bürosunun müxbiri Ruslan Həsənov Türkiyəyə məxsus C-130 təyyarəsinin qəzaya düşdüyü ərazidə xəsarət alıb.

Bu barədə “Qafqazinfo”ya R.Həsənov özü məlumat verib.


O bildirib ki, dünəndən hadisə yerindədir və yaralanması təsadüfən olub.

R.Həsənov çəkiliş vaxtı yıxıldığını, ayağından xəsarətlər aldığını və xəstəxanaya yerləşdirildiyini qeyd edib.
Chosen
18
10
azadmedia.az

10Sources