Rusiya səfirliyi Gürcüstanda baş verən təyyarə qəzası ilə bağlı Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin ailələrinə və türk xalqına başsağlığı verib.
Doğru.az xəbər verir ki, səfirliyin Telegram postunda deyilir:
“Onların ailələrinə və dost türk xalqına başsağlığı veririk.”
Bundan əvvəl, çərşənbə axşamı, noyabrın 11-də Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı zamanı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin Gürcüstanda qəzaya uğraması ilə bağlı başsağlığı vermişdi.
Qeyd edilir ki, Gürcüstanda qəzaya uğrayan türk təyyarəsinin göyərtəsində 20 hərbçi olub.
DOĞRU.AZ