EN

"Ermənistan Moskvadan qurtulmaq istəyir" - Rusiya kəşfiyyatı

Ermənistan hakimiyyəti Rusiyadan “özünü azad etmək” üçün respublikaya lazım olan taxıl ehtiyatlarının bir hissəsini Ukraynadan almağa başlamaq istəyir. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb. 

"Uzun illərdir ki, Ermənistan Rusiyadan taxıl alır. İndi siyasi səbəblərdən ermənilər, necə deyərlər, Moskvadan "qurtulmaq" və Ukraynaya yardım göstərmək istəyirlər", - deyə məlumatda qeyd olunub. 

Xarici Kəşfiyyat Xidməti bunu İudanın öpüşünə bənzər "İrəvanın öpüşü" adlandırıb. 

Qeyd olunur ki, Ukrayna taxılının dəyəri onun Rusiya ekvivalentinin qiymətini aşır: "Bununla belə, problem buradadır: Ukrayna taxılı iki dəfədən çox bahadır.

Amma İrəvanın vurğuladığı kimi, bu, prinsipial məsələdir. Dostluq dostluqdur, pul isə ayrıdır. Brüsseldən Ukrayna taxılının artıq dəyərini kompensasiya etməsi tələb olunur. Maraqlısı odur ki, Aİ-yə “birə üç” sövdələşməsi təklif olunur: Ermənistan üçün taxıl, Kiyevə dəstək və Moskva ilə İrəvan arasında inamsızlığın təşviqi". 

Ağarza Elçinoğlu 

Chosen
10
unikal.az

1Sources