Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Oleh Sinehubovun məlumatına görə, Xolodnoqorski rayonu bu gecə üç “Şahed” tipli PUA zərbəsinə məruz qalıb.
Musavat.com xəbər verir ki, partlayış dalğasından 68 yaşlı kişi və 60 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib. Həmçinin 77 yaşlı qadın yüngül yaralarla hadisə yerində tibbi yardım alıb.
Zərbə nəticəsində hadisə yerində yanğın baş verib, xilasedicilər alovun yayılmasının qarşısını alıblar.
Xarkov meri İqor Terehov daha əvvəl bildirib ki, şəhərin mərkəzi hissəsinə üç dron zərbəsi endirilib. İlkin məlumata görə, hücum nəticəsində mülki istehsal müəssisəsi və bir neçə fərdi ev ciddi zədələnib.
Hadisə yerində fövqəladə xidmətlər xilasetmə və söndürmə işlərini davam etdirirlər.
Musavat.com