EN

Əhmədlidə sürüşmənin səbəbi məlum olub

"Bu ərazidə təcili hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın".

Bunu akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun şöbə müdiri Mirnuh ismayılov açıqlamasında deyib.

“Hazırda qaldığımız ərazi aktiv sürüşmə sahəsidir. Bu, Əhmədli yaşayış ərazisinin cənub-cənub şərqə baxan yamaclarıdır. Tədricən Bakı anfiteatrının aşağı hissələrinə meyillənir. Bugünkü sürüşmə lokal sürüşmədir, səthdə baş verir. Belə sürüşmələr olur, bunlar eroziya tipli sürüşmələrdir. Bu, adətən insanların aktiv təsiri ilə baş verir. Amma yamacın təşkil etdiyi süxurlar onu göstərir ki, burada kifayət qədər sürüşməyə meyilli ərazi var. Buna görə burada sürüşmənin baş verməsi təbiidir”, - şöbə müdiri qeyd edib.

O bildirib ki, yamaca sürüşməyə kifayət qədər meyilli sahədir: "Belə ərazidə torpaq sürüşməsi 40–50 sm-lik sürüşmə bilavasitə suvarma suları ilə bağlıdır. Suvarmanın təsiri ilə bu sürüşmə baş verib. Bu yamacda bəzi daş hissələrdə çökmələr görürəm. Onlar aktiv süxurlar olduğunu göstərir. Bu, daha böyük sürüşmənin xəbərçisi ola bilər. Ona görə də təcili bu yamacda hidrotexniki tədbirlər görülməlidir ki, daha böyük sürüşmələr olmasın”.

Chosen
5
2
aznews.az

8Sources