Bayram və qeyri-iş günlərində Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) bölgələrə 1360 reys həyata keçirilib, 39982 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Gundem.az xəbər verir ki, adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 250-dən çox reys həyata keçirilib.
Bu müddət ərzində regionların avtovağzal və avtostansiyalarından müxtəlif istiqamətlərə 1477 reyslə 21193 sərnişin daşınıb. /Milli.Az