EN

Nazir vəzəfəsindən azad edildi: Korrupsiya QALMAQALI

Ukrayna hökuməti energetika sahəsində korrupsiya ilə bağlı aparılan araşdırmalar fonunda ədliyyə naziri Herman Qaluşenkonu vəzifəsindən azad edib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Yuliya Svırıdenko "Telegram" kanalında məlumat verib.

"Bu səhər biz hökumətin növbədənkənar iclasını keçirdik. German Qaluşenkonu ədliyyə naziri vəzifəsindən kənarlaşdırmaq qərarına gəldik", - Sviridenko yazıb.

Qeyd edək ki, bu vəzifəni müvəqqəti olaraq onun müavini Lyudmila Suqak icra edəcək.

Qaluşenko Nazirlər Kabinetinin qərarına cavab olaraq siyasi qərarla razılaşdığını, lakin öz mövqeyini müdafiə etmək niyyətində olduğunu bəyan edib.

Chosen
18
publika.az

1Sources