“Son iki ildə kino sənayesi sahəsində ölkəmizdə 71 filmin istehsalına başlanılıb. Bunlardan artıq 50-si tamamlanıb, təhvil verilib. Bunlardan 5-i tammetrajlı filmdir”.
Bizim.Media xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2026-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, çəkilən filmlərdən 15-i Vətən müharibəsinə və Qarabağ mövzusuna həsr olunub.
“Vətən müharibəsi ilə bağlı 5 tammetrajlı filmin də çəkilişi davam edir. Bundan başqa, kino sənayesinə ayrılan vəsaitin ölkəmizdə çəkilən filmlərin tanınması və kino festivallarının keçirilməsi üçün xərclənməsi nəzərdə tutulub”.
Günay Şahmar, Bizim.Media