EN

KOMİTƏ SƏDRİ HÖKUMƏTİ TƏNQİD ETDİ-"Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil"

Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmaması düzgün deyil.

"Report" xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bugünkü birgə iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycanın gözəl, dünyaya səs salan film nümunələri var:

"Gələn ilin dövlət büdcəsindən kinoya vəsait ayrılmayıb. Düzü, bunun səbəblərini bilmirəm. Ancaq hər halda kinoya heç bir vəsait ayrılmaması düzgün deyil. Çünki maliyyə vəsaitinin olmaması kino mütəxəssislərinin iş yerlərini tərk etməsinə gətirib çıxaracaq. Nəticədə kinomuz inkişaf edə bilməyəcək".


Chosen
4
5
azia.az

7Sources