EN

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 18 nin nəşi tapıldı

ain.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 18-nin nəşi tapılıb.

Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Gürcüstan daxili işlər naziri Gela Geladze məlumat verib.

Bildirilib ki, digər 2 hərbçinin nəşinin axtarılması yönünüdə işlər davam etdirilir.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsinin bütün üzvləri həlak olub. Təyyarənin qalıqları Xolaqiri monastırının yaxınlığındakı dik yamaclara səpələnib və ilk dəfə yerli sakinlər tərəfindən aşkar edilib. Bundan başqa Gürcüstanda mümkün aviasiya təhlükəsizliyi pozuntusu ilə bağlı cinayət işi başlanıb. İşlər Türkiyə və Azərbaycanın birbaşa dəstəyi ilə koordinasiyalı şəkildə həyata keçirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
9
qaynarinfo.az

10Sources