EN

Taksi sürücüləri üçün növbəti imtahan noyabrın 13-də keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) noyabrın 13-də taksi minik avtomobili sürücüləri üçün növbəti imtahan təşkil edəcək.

Doğru.az xəbər verir ki, DİM-dən bildirilib ki, imtahan vermək üçün 1679 nəfər qeydiyyatdan keçib. İmtahan Bakı şəhərindəki DİM-in elektron imtahanlar korpusu (Binəqədi rayonu, S.S.Axundov, 50) və Gəncə şəhərində Vaqif Əliyev adına 12 nömrəli tam orta məktəbdə iki növbədə keçiriləcək. İmtahanın müddəti 1 saatdır və iştirakçılar nəticələrlə həm imtahan zamanı, həm də növbəti gün DİM-in saytında tanış ola bilərlər.

Namizədlər buraxılış vərəqəsini DİM-in saytından çap etməli və imtahan binasının qarşısında göstərilən vaxtda olmalıdırlar. İmtahana gələn zaman buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsi təqdim edilməlidir; sənədlərdən biri olmadan namizəd imtahana buraxılmır.

İmtahan zamanı namizədlərə sürücülərin etik davranışı və sərnişin daşımalarını tənzimləyən normativ-hüquqi aktlara dair 20 test tapşırığı təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. 10 və daha çox bal toplamış şəxslər imtahanı müvəffəqiyyətlə verən hesab olunur və onlara 7 il müddətinə etibarlı olan şəhadətnamə təqdim edilir.

Doğru.az bildirir ki, DİM xatırladır: imtahana qədər “Yaddaş kitabçası” ilə mütləq tanış olmaq vacibdir; kitabça DİM-in saytında yerləşdirilib.

DOĞRU.AZ

Chosen
2
12
dogru.az

10Sources