EN

"Komandam rəqib kimi futbol oynadı" - "Şirvan"ın baş məşqçisi

İkinci Liqa təmsilçisi "Şirvan" ardıcıl ikinci turda xal itirib. Ötən turda səfərdə "Quba" ilə 1:1 bərabərə qalan bölgə təmsilçisi dünən evdə "Ağstafa Gəncləri"nə uduzub (1:2).  

Komandanın baş məşqçisi Pərviz Bayramov Fanat.Az-a açıqlamasında məğlub olduqları görüşlə bağlı fikirlərini bölüşüb:

"Komandam öz oyununu heç cür tapa bilmədi. Uşaqlar axara qoşuldular və rəqib necə futbol oynayırsa, bunlar da elə oynadı. Yəni meydana öz ağırlıqlarını qoya bilmədilər və sonda belə nəticə alındı. Çox təssüflənirik, ancaq futbolda belə oyunlar olur və olmalıdı ki, biz böyüyək. Hər situasiyadan dərs çıxarmaq lazımdır".

Ardıcıl xal itkilərindən sonra "Şirvan" 5-ci pilləyə geriləyib. Hazırda hesabında 16 xal olan komanda liderdən 5 xal geri qalır. Bayramovun komandası 9-cu tur çərçivəsində "Şəki Siti" ilə qarşılaşacaq. Görüş 17 noyabrda "Rekord Arena"da baş tutacaq. 

Mirağa

Chosen
12
2
fanat.az

3Sources