EN

Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərimizdə bərqərar olmasının qürurverici təntənəsini yaşayır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün Konstitusiyamızın qəbulunun 30 ili tamam olur. 1995-ci ilnoyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən AzərbaycanRespublikası Konstitusiyasında ölkəmizdə müasir cəmiyyətin əsasinkişaf istiqamətlərini müəyyənləşdirən ideya və dəyərlər genişşəkildə təsbit edilib. Belə ki, Konstitusiyada dövlət hakimiyyətorqanlarının demokratik qaydada formalaşdırılması, insanşəxsiyyətinə və ləyaqətinə hörmət, insan hüquqlarının səmərəlimüdafiəsi mexanizmlərinin mövcudluğu, siyasi sistemdə plüralizmətəminat verilməsi, ümumbəşəri dəyərlərə sadiqlik və digər dəyərlər,prinsiplər öz əksini tapıb. Ölkənin Əsas Qanununun millidövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, UluÖndər Heydər Əliyev tərəfindən imzalanmış 1 noyabr 1996-cı iltarixli Fərmana əsasən, hər il noyabrın 12-si ölkəmizdəKonstitusiya Günü kimi qeyd edilir. Prezident İlham Əliyevin qeydetdiyi kimi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevinbilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanınsivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızınçoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərəsöykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçünmöhkəm təməl yaratdı.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə Trend-ə açıqlamasındabildirib.

Milli Məclisin deputatı qeyd edib ki, 1918-1920-ci illərdə cəmi23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsasQanununu qəbul edə bilməmişdi. Bu səbəbdən Azərbaycanınkonstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrətəsadüf olunur. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın19-da I Ümumazərbaycan Sovetlər Qurultayında qəbul edilib. SSRİ-ninyaradılması ilə əlaqədar 1925-ci il martın 14-də IV ÜmumazərbaycanSovetlər Qurultayında Konstitusiyaya əlavə və dəyişikliklər qəbulolunub. 1927-ci il martın 26-da V Ümumazərbaycan SovetlərQurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiqedilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsiilə əlaqədar 1937-ci il martın 14-də IX Ümumazərbaycan SovetlərQurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyasıqüvvəyə minib. 1978-ci il aprelin 21-də Azərbaycan SSR-in sonuncuKonstitusiyası qəbul olunub. 1977-ci ildə SSRİ-nin yeniKonstitusiyası qəbul edildikdən sonra Azərbaycan SSR-in yeniKonstitusiya layihəsi hazırlanıb. 1978-ci il aprelin 2-də həminlayihə ilə əlaqədar Azərbaycan SSR Ali Sovetində məruzə ilə çıxışedən Ümummilli Lider Heydər Əliyevin təklifi ilə 73-cü maddəaşağıdakı redaksiyada verilib: “Azərbaycan Sovet SosialistRespublikasının dövlət dili Azərbaycan dilidir.”

Həmin Konstitusiyaya 1980-ci illərin ikinci yarısından etibarənçoxsaylı əlavə və dəyişikliklər edilib. Bu Konstitusiya 1995-ciildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbuledilənədək qüvvədə olub.

Vüqar Rəhimzadə vurğulayıb ki, 1991-ci il oktyabrın 18-də qəbuledilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında”Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdətutulsa da, 1991-1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəticəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədəanarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyimexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad,təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır.1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbiilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın həyatında bütünsahələrdə yeni mərhələ başladı. Ümummilli Liderin yaratdığı möhkəmtəməlin nəticəsidir ki, bu gün Azərbaycan xalqı böyük qürur hissiilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Zəfərimizinbeşinci, milli Konstitusiyamızın qəbulunun 30-cu ildönümünü qeydedir. Son 22 ildə Ümummilli Liderin siyasi kursunun Prezident İlhamƏliyev tərəfindən bütün sahələrdə uğurla davam etdirilməsiAzərbaycana möhtəşəm uğurlar, Zəfərlər qazandırır. Ulu Öndərinbilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-dəqəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası OnunAzərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindənbiridir. Əsas Qanunumuz ölkəmizdə genişmiqyaslı qanunvericilik vəinstitusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiyadövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyününqorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızınlayiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq vəəmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi aliniyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazasırolunu oynayır.

Milli Məclisin deputatı bildirib ki, Konstitusiyada Azərbaycanındövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyününqorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib. LakinErmənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın20 faizinin 30 ilə yaxın işğal altında qalması AzərbaycanRespublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinəimkan verməmişdi. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasıvə ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsiAzərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinəçevrildi, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifəninhəllinə yönəldildi. 2020-ci il sentyabrın 27-də Ermənistanıntəxribatlarına cavab olaraq başlanan Vətən müharibəsində tarixiQələbə və 2023-cü il sentyabrın 19-20 tarixlərində həyata keçirilənuğurlu antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyüvə suverenliyi tam bərpa edildi, Azərbaycan Konstitusiyasınınhüquqi qüvvəsi bütün ərazilərimizdə bərqərar oldu. Zəfərimiz,suverenliyimizin tam bərpası Azərbaycanın qarşısında geniş imkanlaraçır. Xalqımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə əzəli torpaqlarımızın işğaldan azad edilməsi, ərazibütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərindəAzərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tambərpasının qürurverici təntənəsini yaşayır. Postmüharibə dövründəQarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işləri, keçmişməcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və sair kimi mühümaddımlar suveren dövlət anlayışının real təcəssümüdür.

Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin 2025-ciili “Konstitusiya və Suverenlik İli” elan etməsi Azərbaycanındövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq vəazadlıqlarının təmin olunmasına dair öhdəlikləri bir daha diqqətəçatdırmaq məqsədi daşıyır. Bu qərar, həmçinin suverenliyimizin vəhüquqi dəyərlərimizin təbliği baxımından mühüm bir addımdır. Hərdövrün çağırışları, yenilikləri Əsas Qanunumuzda, həmçinin hər birsahənin inkişaşına xidmət edən Qanunların təkmilləşdirilməsindəözünün aydın ifadəsini tapır. Azərbaycan son beş ilin yenireallıqları fonunda Konstitusiyanın tələblərinə və öz suverenhüquqlarına əsaslanaraq qarşıda duran strateji hədəflərə doğruinamla irəliləyir.

Milli Məclisin deputatı bildirib ki, bu günədək Konstitusiyayabir neçə dəfə əlavə və dəyişikliklərin edilməsi özündə əsasməqamları ehtiva edir. Bu dəyişikliklər Azərbaycan dövlətininsosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşlarınhüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosialdövlət prinsiplərini təsbit etmək imkanlarının daha dagenişlənməsindən irəli gəlirdi. 2016-cı il sentyabrın 26-dakeçirilmiş referendumla Konstitusiyada üçüncü dəfə dəyişiklikləredilib. Konstitusiyanın 29 maddəsində edilən 41 əlavə və dəyişiklikmüxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəməhakimiyyəti orqanlarının və bələdiyyələrin işinintəkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının dahasəmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsindədövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlmişdir.Son dəyişikliyə əsasən idarəçilik sistemində yeni təsisat-vitse-prezidentlik institutu yaradıldı. Müstəqil Azərbaycanda buyeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksionalinstitut olaraq yenilənən respublikanın yeni idarəetmə modelioldu.

Vüqar Rəhimzadə vurğulayıb ki, möhkəm təmələ əsaslanan siyasəthər bir bayramı qürurverici hesabatla qeyd etməyə yol açır. Müasirmüstəqil, qalib, yeni Azərbaycan postmünaqişə dövrünün əsasçağırışlarını yüksək səviyyədə yerinə yetirərək çoxəsrlik tarixininqüruruverici səhifələrini daha da zənginləşdirir, demokratik,hüquqi, sivil dövlət quruculuğu yolunda inamla addımlayır. Hərzaman qeyd edildiyi kimi, güclü Azərbaycan bütün dövrlərin əsashədəfidir.

Məqalədə:
Chosen
25
10
az.trend.az

10Sources