Olaylar.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, radioelektron mübarizə bölmələri, ordu aviasiyası və mobil atəş qrupları ilə birgə fəaliyyət nəticəsində interseptor dronların effektivliyi sürətlə artır:
"Ayın əvvəlindən bəri artıq 150-dən çox düşmən hədəfi məhv edilib, bu gecə də uğurlu zərbələr olub. Bu göstərici daha da artacaq,"- deyə o bildirib.
Prezident əlavə edib ki, Ukrayna dron-interseptor texnologiyasını inkişaf etdirməyə və ekipajları peşəkar şəkildə hazırlamağa davam edəcək. Müdafiə Nazirliyi artıq bütün istehsal güclərini bu dronların buraxılışına yönəldib.
"Biz tərəfdaşlarla daha sıx əməkdaşlıq üzərində işləyirik-birgə istehsal və maliyyələşdirmə bu proqramı daha tez miqyaslandıra biləcək," - Zelenski vurğulayıb.