EN

Türkiyənin qəzaya uğrayan təyyarəsində həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 19-nun nəşi tapılıb.

Ölkə.az xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze məlumat verib.

Nazir məlumat verib ki, 4 hərbçinin nəşi təyyarənin pilot kabinəsində aşkarlanıb.

Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.

Chosen
11
4
olke.az

10Sources