Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi yük təyyarəsinin həlak olan 20 hərbçisindən 19-nun nəşi tapılıb.
Azreform.info xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Geka Geladze məlumat verib.
Nazir məlumat verib ki, 4 hərbçinin nəşi təyyarənin pilot kabinəsində aşkarlanıb.
Sonuncu heyət üzvünün nəşinin tapılması üçün işlər davam etdirilir.