EN

Supermarket qanunsuz parkinq təşkil edib yüksək qiymət qoydu TƏLİMÇİ ŞİKAYƏT ETDİ VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bakıda sahbikarın qaydaları kobud şəkildə pozması təlimçinin narazılığına səbəb olub.

Avtosfer.az xəbər verir ki, paytaxtın Binəqədi rayonundakı supermarketlərdən birində qanunsuz parkinq təşkil edilib. Belə ki, “Mega Store” mağazası təşkil etdiyi bu parkinqdə saxlayan sürücülərdən də yüksək ödənişlər tələb edir.

Ərazidən istifadə edən təlimçi Arzu Babazadə Avtosfer.az vasitəsilə aidiyyəti qurumlara müraciət edərək yaradılan vəziyyətdən narazılığını bildirib. Onun sözlərinə görə, sürücülər üçün paytaxtda ödənişsiz parklanma zonaları kifayət qədər olmadığı üçün bir çox nəqliyyat vasitəsi idarəçisi marketlərin həyətindən istifadə edir. Bununla yanaşı, elə marketlərin öz müştəriləri də alış-veriş edərkən nəqliyyat vasitələrini obyektin öz parkinqində saxlayır. Hər şey bir yana, market sahibinin belə bir qiymət tərtib etməsi doğru deyil.

Arzu Babazadə onu da vurğulayıb ki, ölkə vətəndaşlarının maaşları, eləcə də minimum əməkhaqqı məsələsinə diqqət etsək, 24 saat üçün tələb olunan 20 manat məbləğ çox yüksəkdir. Digər tərəfdən başqa marketlərdə 2 saat pulsuz parkinq üçün şərait yaradıldığı halda bu supermarketin önündə 30 dəqiqədən sonra 2 saaata qədər 5 manat ödəniş tələbi sürücülərin də cibinə uyğun deyil.

Səfər

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
15
avtosfer.az

1Sources