EN

Türkiyə Prezidenti təyyarə qəzası ilə bağlı vətəndaşları dezinformasiyaya qarşı ayıq olmağa çağırıb

“Millətimiz bundan əmin olsun ki, Türkiyə Cümhuriyyəti Gürcüstan və Azərbaycanla bərabər bütün imkanları qəhrəmanlarımız üçün səfərbər edib. Ərazidəki işlərə anbaan nəzarət edirik”.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Biz lazımi araşdırmaların ciddi şəkildə aparılmasını və hadisənin bütün aspektlərinin tam aydınlaşdırılmasını təmin edəcəyik”. – Ərdoğan vurğulayıb.

Türkiyə Prezidenti hadisə ilə əlaqədar vətəndaşlara da çağırış edib: “Mən xüsusilə xalqımızı yalanlara, manipulyasiyalara və dezinformasiyalara qarşı ayıq olmağa çağırıram. Onları, xüsusən də sosial şəbəkələrdə, çirkin siyasət naminə belə bir hadisədən sui-istifadə edəcək qədər alçalançalara inanmamağa çağırıram”.

Chosen
24
7
apa.az

6Sources