EN

Beyləqanda Konstitusiyamızın 30 illiyinə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyi münasibətilə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə tədbir təşkil olunub. Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək dahi liderə böyük ehtiramlarını ifadə ediblər.

"Unikal" xəbər verir ki, Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və təşkilatların məsul şəxsləri, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir Dövlət Himni səsləndirilməsi ilə açıq elan olunub, ardınca xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad edilmişdir. Konstitusiyamızın yaranmasının  keçdiyi tarixi yolu əks etdirən videoçarx təqdim olunmuşdur.

Tədbiri giriş nitqi ilə açan RİH başçısı Əziz Əzizov çıxışında Konstitusiyanın müstəqil Azərbaycan dövlətçiliyinin möhkəm təməli, ölkəmizin hüquqi və demokratik prinsiplərinin qorunmasında oynadığı tarixi rolu vurğulayıb. O, Konstitusiyanın yalnız qanunlar toplusu deyil, eyni zamanda Azərbaycan xalqının iradəsi və dövlətimizin inkişaf strategiyasının təcəssümü olduğunu diqqətə çatdırıb. Əziz Əzizov müasir Azərbaycan Konstitusiyasının qəbulunun Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və uzaqgörən liderliyinin nəticəsi olduğunu vurğulayaraq, dahi liderin bununla da dövlətçiliyimizin ideoloji və hüquqi təməlini formalaşdırdığını bildirib. 

Rayon məhkəməsinin sədri Ramiz Nurullayev, Rayon prokuroru Elşad Əzimov, 8 sayli Vergi Xidmətinin rəis müavini, şəhid atası Qərib Təhməzov və rayon Ağsaqqallar Şurasının sədri Etibar İmanov çıxışlarında Konstitusiyanın cəmiyyətdə sabitlik, qanunçuluq və ədalətin təmin olunmasındakı əhəmiyyətini qeyd edib, dövlətimizin qanunvericilik bazasının möhkəmliyi və hüquqi çərçivələrin qorunmasının ölkəmizin tərəqqisi üçün əsas şərt olduğunu vurğulayıblar.

Tədbir Bakı Media Mərkəzi və Səlnamə Film Studiyasının birgə istehsalı olan “Hadrut – Sən azadsan” filminin nümayişi ilə davam etmişdir.

Chosen
18
3
unikal.az

6Sources